"ARAZ"dan növbəti qələbə, Daşzərinidən "dubl"
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan Naxçıvan təmsilçisi “Araz” bu gün növbəti yoxlama matçında “Rize Kalkanderespor" komandası ilə üz-üzə gəlib. İlk dəqiqələrdən hücuma atılan komandamız 3-cü dəqiqədə hesabı açıb. Əlimirzə Daşzərini 35 metrdən vurduğu mükəmməl qolla fərqlənib.Matçın 37-ci dəqiqəsində Əlimirzə “dubl”nu rəsmiləşdirərək komandamızın və özünün ikinci qoluna imza atıb. Futbolçumuz sərrastlığını bu dəfə də uzaq məsafədən 25 metrdən nümayiş etdirib. Əsgər Abdullayevin yetirmələri fasiləyə üstün yollanıb. İkinci hissədə qapılara heç bir qol vurulmadığından oyun Naxçıvan təmsilçisinin 0:2 qələbəsiylə başa çatıb.

Qeyd edək ki, avqustun 27-dəki ilk yoldaşlıq görüşündə “Araz” “Yakutiyasporu”a da 0:2 hesabı ilə qalib gəlmişdi.

Xəbər 994 dəfə oxundu.