"Monako"dan daha bir transfer
Bu yay Avropada ən çox transfer edən klub olan "Monako" daha bir futbolçunu heyətinə qatıb.

Fransa təmsilçisi "Sevilya"nın gənc oyunçusu Xoffrey Kondoqbiya ilə müqavilə imzlayıb.

Bu barədə rəsmi saytından məlumat yayan İspaniya klubu transfer üçün 20 milyon avro ödənildiyini bildirib.

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi Fransanın ən gənc ulduzlarından hesab olunur.

Xəbər 837 dəfə oxundu.