Alkantara: "Qvardiola digər məşqçilərdən fərqlənmir"
"Bavariya"nın futbolçusu Tiaqo Alkantara baş məşqçisi Pep Qvadriolanın xüsusi biri olmadığını deyib.

İspan oyunçu "Sport" Bild"ə verdiyi müsahibəsində Qvardiolanın digər çalışdırılardan fərqlənmədiyini bildirib:

"Pep də eyni ilə digərləri kimidir. İşləri yaxşı gedəndə həddindən artıq sevinən, ancaq planlarında olmayan bir şey olduqda isə əsəbiləşən biridir. Hər kəs kimi təəssüflənə bilər".

Alkantara həmçinin qeyd edib ki, baş məşqçiləri bütün futbolçuları ilə eyni münasibət qurur: "O, ədalətli bir çalışdırıcıdır".

Xəbər 1053 dəfə oxundu.