Droqba: "Daha üç il futbol oynamaq istəyirəm"
"Qalatasaray" klubunun hücumçusu Didye Droqba daha üç il futbol oynamaq istəyir.

Bu barədə Fildişi Sahili yığmasının oyunçusunun özü "Sports İllustrated"ə müsahibəsində deyib:

"Nə qədər oynaya biləcəyimi deyə bilmərəm. Ancaq üç il daha futbolda qalmaq istəyərəm. Bu barədə bir limit qoymuram. Vaxtı gələndə futbolçu karyeramı başa vuracağam".

İstanbul klubundakı hədəfləri haqda da danışan 35 yaşlı hücumçu yenidən ölkə çempionatının kubokunu qazanmaq istədiklərini bildirib: "Bu bizim üçün çox önəmli uğur olar. Çünki bunu bacarsaq, 20-ci dəfə kuboku qazanmış olarıq. Belə bir uğurun parçası olmaq istəyərəm. Sonra Çempionlar Liqası var. Ötən mövsümdən daha yaxşı olmaq istəyirik".

Xəbər 940 dəfə oxundu.