"Çelsi" ilə oyunöncəsi "Bavariya"ya şad xəbər
"Bavariya"nın futbolçusu Bastian Şvaynştager UEFA Superkuboku çərçivəsində "Çelsi" ilə keçiriləcək matçda forma geyə biləcək.

29 yaşlı yarımmüdafiəçi Bundesliqada "Frayburq"la oyunda zədələnmişdi.

Ancaq bu gün klubun rəsmi saytından verilən açıqlamada Şvaynştagerin zədəsinin ciddi olmadığı və qarşılaşmaya qədər sağalacağı bildirilib.

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı sabah, Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Xəbər 847 dəfə oxundu.