"Xəzər Lənkəran" bu gün Qəbələyə yola düşür
Premyer Liqanın V turu çərçivəsində avqustun 31-də “Qəbələ” klubu ilə səfərdə görüşəcək “Xəzər Lənkəran” bu gün doğma şəhəri tərk edəcək. Bu gün saat 10:00-da stadionun ehtiyat meydançasında səhər məşqinə çıxacaq. Hazırlıq prossesinin ardından isə saat 13:30-da komanda Lənkəranı tərk edərək Qəbələ şəhərinə yollanacaq. Axşam saatlarında mənzil başına çatacaq “Xəzər Lənkəran” sabah saat 18:00-da Qəbələ şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Xatırladaq ki, “Qəbələ” – “Xəzər Lənkəran” qarşılaşması avqustun 31-də Qəbələ şəhər stadionunda saat 18:00-da start götürəcək və Aztv kanalı ilə canlı yayımlanacaq.

Xəbər 896 dəfə oxundu.