"Qarabağ" Almaniyada ilk məşqinə çıxdı
Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Ayntraxt"la qarşılaşacaq "Qarabağ" dünən gecə saatlarında Almaniyaya çatıb.


İdman.com.az-ın klubu saytına istinadən verdiyi məlumata görə, əvvəlcə Almaniyaya səfərində problemlər yaranmış Ağdam təmsilçisi dünən 15:00-da Bakıdan ayrılıb. Təxminən, 4 saat 50 dəqiqəlik uçuşdan sonra komandam Franfurta çatıb.

Bir saatlıq fasilədən sonra isə "Qarabağ" məşqə yollanıb. Klub yerli vaxtla 20:00-da ilk məşqinə çıxıb. Komandanın çalışması 1 saat davam edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya 19 futbolçu aparıb. Bütün futbolçuların iştirak etdiyi məşq ənənəvi xarakterdə keçib, futbolçular çox yüklənməyib.

Qeyd edək ki, "Ayntraxt" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə 23:30-da start götürəcək.

Xəbər 969 dəfə oxundu.