İspaniya Superkubokunu "Barselona" qazandı
Bu gecə İspaniya Superkubokunun sahibi bəlli olub.

Həlledici oyunda Azərbaycanın sponsoru olduğu, son Kral Kubokunun qalibi Madridin “Atletiko” klubu ilə ölkə çempionu “Barselona” üz-üzə gəlib.

Bu komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə də bərabərlik qeydə alınıb. Lakin bu dəfə qapılara qol vurulmayıb - 0:0. Bu nəticə ilə İspaniya Superkubokunu "Barselona" qazanıb.

Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə - 1985-ci ildə İspaniya Superkubokunu qazanıb. Kataloniyalılar isə buna qədər 9 dəfə bu mükafatın sahibi olublar.

28 avqust

İspaniya Superkuboku, cavab oyunu

02:00. "Barselona" - "Atletiko" (Madrid) (İlk oyun - 1:1) - 0:0

Xəbər 887 dəfə oxundu.