"Tottenhem" 30 milyon avroya Qaret Beylin əvəzləyicisini aldı
"Tottenhem" klubdan ayrılacağı gözlənilən Qaret Beylin əvəzləyicisini indidən tapıb.

İngiltərə təmsilçisi "Roma"nın argentinalı yarımmüdafiəçisi Erik Lamelanı transfer edib. Bunun üçün klub 30 milyon avro ödəyib. Bu barədə "Roma"nın rəsmi saytı məlumat yayıb.

İmzalanmanın yaxın günlərdə baş tutacağı bildirilib.

Qeyd edək ki, "Roma" isə Lamelanın yerinə "Fiorentina"dan Adem Ljajiçi heyətinə qatıb.

Xəbər 923 dəfə oxundu.