Burak Qalatasarayda qalır
Qalatasaray ilə Lasio klubunun Burak Yılmazla bağlı danışıqları bir nəticə verməyib. İtaliyaya yollanan İstanbul klubunun idman direktoru Bülənt Tulun danışıqlardan sonra "Burak Qalatasarayda qalır" sözlərini deyib. "Musleranın transferindən sonra prezidentlərimiz dostdurlar. Bir ay əvvəl Burak üçün təklif göndərdilər. Lakin Burakı satmağı düşünmürük. Burak kimi qiymətli türk futbolçu tapmaq asan deyil. Lasio 18 milyon avroluq təklif göndərsə də heç bir məbləğ bizi fikrimizdən döndərə bilməz. Sadəcə olaraq prezidentimiz nəzakət naminə mənim gedib onlarla görüşməyimi məsləhət gördü".

Xəbər 834 dəfə oxundu.