Gənc boksçularımız Avropa birinciliyində

Boks üzrə gənclərdən ibarət milli komandamız avqustun 22-də İrlandiyanın paytaxtı Dublində start götürəcək gənclər arasında Avropa birinciliyində tam heyətlə mübarizə aparacaq. Baş məşqçisi Şamil Alimcanov bu sınaqda Kamran Məlikov (49 kq), Tural Əhmədov (52 kq), Şaban Şahpələngov (56 kq), Pərviz Bağırov (60 kq), Coşqun Əliyev (64 kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq), Hüseyn Qasımov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Heydər Heydərova (91+kq) şans verib. Avqustun 27-dək davam edəcək yarışda 38 ölkənin dəri əlcək ustalarının iştirak etməsi gözlənilir. Komandamız Dublinə ayın 20-də yollanacaq.

Xəbər 1196 dəfə oxundu.