Nodar Məmmədov "Sumqayıt"ı seçdi
Premyer Liqanın 5-ci turunda "Rəvan"la qarşılaşacaq "Sumqayıt" növbəti transferini həyata keçirib. "Gənclik şəhəri" təmsilçisi "Rəvan"dan ayrılan Nodar Məmmədovu heyətinə qatıb. 25 yaşlı futbolçu "Sumqayıt" ilə 2 illik müqavilə imzalayıb. Karyerası ərzində "Rəvan"dan başqa, "Şahdağ", "Qarabağ", MOİK, "Muğan" və "Qəbələ"də çıxış etmiş Nodar 4 dəfə əsas milli komandamızın formasını geyinib.

Xəbər 877 dəfə oxundu.