"Roma" Lamelanın "Tottenhem"ə transferini təsdiqlədi
"Roma"nın 21 yaşlı hücumçusu Erik Lamela "Tottenhem"in futbolçusu oldu. Bu haqda Football İtalia xəbər verir. Artıq paytaxt klubu da keçidi təsdiqləyib. Transferin dəyəri 30 milyon avro təşkil edir. Lamelanın uğurlu çıxışı müqabilində isə "canavarlar" daha 5 milyon avro qazanacaq. "Roma" klubu əvəzində "Fiorentina"dan Adem Lyaiçi heyətinə qatıb.

Xəbər 1168 dəfə oxundu.