"Barsa" və "Yuventus" bir futbolçu uğrunda mübarizə aparır
"Napoli"nin yarımmüdafiəçisi Xuan Suniqa uğrunda mübarizədə "Barselona" "Yuventus"u qabaqlamaq istəyir. Katalon klubunun təmsilçiləri artıq 27 yaşlı futbolçunun agenti ilə danışıqlar aparıblar. Onlar gələn il Kolumbiya yığmasının futbolçusunun azad agent kimi Barselonaya keçməsini istəyirlər.

Xatırladaq ki, Suniqanın müqaviləsi 2014-cü ilin yayında başa çatır. Napoli sövdələşməni uzatmaq istəyir və futbolçuya məvacibi 2,2 milyon avro olan müqavilə təklif edib.

Xəbər 1066 dəfə oxundu.