Sevilya Kondoqbiyanın gedişini təsdiq etdi
İspaniyanın «Sevilya» komandası yarımmüdafiəçi Jofre Kondoqbiyanın gedişini təsdiq edib. Bu barədə klubun rəsmi saytı məlumat verib. Hələlik dəqiq məlum olmayan klub müqavilədə yazılmış 20 milyon avronu ödəmək fikrindədir.

Xatırladaq ki, Kondoqbiya ilə ən ciddi maraqlanan komanda Monako idi. Onların təklifi 12 milyon avro olmuşdu. Bu təklif prezident Xose Mariya Del Nidonu qane etməmişdi.

Kondoqbiya ötən mövsüm Sevilyanın heyətində 33 oyuna 1 qol vurub.

Xəbər 845 dəfə oxundu.