Çempionlar Liqasında mübarizə aparacaq komandalar
Sabah UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Fransanın Monako şəhərində baş tutacaq mərasimdə 32 komanda iştirak edəcək. Məlum olduğu kimi, ÇL-in qrup mərhələsində 32 komanda 8 qrupda mübarizə aparır. Bu klublardan 22-si birbaşa vəsiqəni təmin edir, qalan 10 komanda isə seçmələr nəticəsində qrup mərhələsinə qatılır. Dünən baş tutan 5 oyunla ÇL-də iştirak edən komandalardan 27-si bəlli olub. Qalan 5-i isə bu gün keçiriləcək qarşılaşmalardan sonra bilinəcək.

32 klub 8 komanda olmaqla 4 səbətdə yerləşdiriləcək. Türkiyəni qitə futbolunun ən nüfuzlu klub turnirində təmsil edən “Qalatasaray 3-cü səbətdə yer alacaq.

Beləliklə 2013-2014-cü il mövsümdə ÇL-də mübarizə aparacaq 27 komanda və xalları aşağıdakılardı:

1.”Bavariya” (Almaniya) 146.922
2.”Barselona” (İspaniya) 157.605
3.”Çelsi” “İngiltərə) 137.592
4.”Real” (İspaniya) 136.605
5.”Mançester Yunayted” (İngiltərə) 130.592
6.”Arsenal” (İngiltərə) 113.592
7.”Portu” (Portuqaliya) 104.833
8.”Benfika” (Portuqaliya) 102.833
9.”Atletiko” (İspaniya) 99.605
10.”Şaxtyor” (Ukrayna) 94.951
11.”Şalke” (Almaniya) 84.922
12.”Marsel” (Fransa) 78.800
13.ÇSKA (Moskva, Rusiya) 77.766
14.PSJ (Fransa) 71.800
15.”Yuventus” (İtaliya) 70.829
16.”Mançester Siti” (İngiltərə) 70.592
17.”Ayaks” (Hollandiya) 64.945
18.”Borussiya” (Dortmund, Almaniya) 61.922
19.”Bazel” (İsveçrə) 59.785
20.”Olimpiakos” (Yunanıstan) 57.800
21.”Qalatasaray” (Türkiyə) 54.400
22.”Bayer” (Almaniya) 53.922
23.”Kopenhagen” (Danimarka) 47.140
24.”Napoli” (İtaliya )46.829
25.”Anderlext” (Belçika) 44.880
26.”Styaua” (Rumıniya) 35.604
27.”Avstriya” (Avstriya) 16.575

Xəbər 950 dəfə oxundu.