Di Mariya: "Madriddən ayrılmaq niyyətim yoxdur"
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Anxel Di Mariya komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Argentinalı futbolçu müqavilə müddətinin sonunadək "Real"da qalmaq istədiyini deyib:

"Başa düşürəm ki, "Real" bəzi futbolçuları satmaqla, heyətini daha da gücləndirmək istəyir. Ancaq mən komandamla 2018-ci ilə qədər müqavilə imzalamışam və Madriddən ayrılmaq niyyətim yoxdur".

Qeyd edək ki, Di Mariya ilə "Arsenal" və "Qalatasaray" klubları yaxından maraqlanır.

Xəbər 872 dəfə oxundu.