Futbolçu doğum günündə meydanda öldü
Dünyanın yaşıl meydanlarında daha bir ölüm hadisəsi baş verib.

Argentinanın üçüncü liqa təmsilçilərindən olan "Laferrere" klubunun futbolçusu Ekrot Sanabriya dünən "Lamadrid" ilə oynanılan matçın 29-cu dəqiqəsində özünü pis hiss edib.

Həkimlər meydanda hücumçuya tibbi yarım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Ürəyi dayan futbolçuya isə oyun əsnasında heç bir oyunçu kobud oynamayıb.

Qeyd edək ki, E.Sanarbiyanın bu gün 28 yaşı tamam olacaqmış.

Xəbər 895 dəfə oxundu.