“Metallist”in şikayəti rədd edildi
Bu gün Beynəlxalq Arbitraj Məhkəməsi (CAS) Ukraynanın "Metallist" (Xarkov) klubunun etdiyi ikinci müraciətə baxıb.

Məhkəmə UEFA-nın Ukrayna təmsilçisinin bir illik avrokuboklardan uzaqlaşdılması ilə bağlı qərarını təsdiqləyib.

Bununla da, "Metallist"in bu mövsüm avrokuboklarda oynama ümidlərinə son qoyulub.

Qeyd edək ki, klubun adı danışılmış oyunlarda hallandığı üçün UEFA-nən qərarı ilə Çempionlar Liqasının pley-off mərhələsində "Şalke" ilə oyun öncəsi yarışdan uzaqlaşdırıb. Ukrayna təmsilçisi verilən qərar etiraz etsə də, nəticə dəyişməyib.

Xəbər 967 dəfə oxundu.