"Bakı"nın futbolçuları Latviya və Lixtenşteynə qarşı
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Latviya və Lixtenşteynlə qarşılaşacaq Litva milli komandasının heyəti açıqlanıb.

Litvalıların baş məşqçisi "Bakı" klubunun iki futbolçusuna dəvət göndərib.

Bunlar Mindauqas Kalonas və Deyvidas Çesnauskisdir.

Qeyd edək ki, Latviya – Litva matçı sentyabrın 6-da, Litva – Lixtenşteyn oyunu isə sentyabrın 10-da keçiriləcək.

Xəbər 880 dəfə oxundu.