"Qarabağ"ın Almaniyaya səfər problemi həll olundu
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Ayntraxt"la qarşılaşacaq "Qarabağ"ın Almaniyaya nəzərdə tutulan səfərində yaranan problem aradan qaldırılıb.

Ağdam təmsilçisi bu dəqiqələrdə çarter reysi ilə Frankfurta yola düşəcək.

"Qarabağ" klubu Almaniyaya dünən yola düşməli olsa da, adı çəkilən ölkənin hava yollarının çarter reysinə icazə verməməsi səbəbindən səfər təxirə salınmışdı.

Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər 872 dəfə oxundu.