İlkay Gündoğan daha bir ay futboldan uzaq qalacaq
"Borussiya"nın (Dortmund) futbolçusu İlkay Gündoğan daha bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, türkəsilli yarımmüdafiəçi Almaniya millisində avqustun 14-də Paraqvayla matça hazırlaşarkən zədələnmişdi. O zaman oyunçunun 2 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilmişdi.

Lakin İ.Gündoğanın zədəsinin daha ciddi olduğu və onun daha bir ay forma geyə bilməyəcəyi məlum olub.

Xəbər 921 dəfə oxundu.