Braziliyalı futbolçu rəsmən "Xəzər Lənkəran"da
"Xəzər Lənkəran" klubu daha bir futbolçunu heyətinə cəlb edib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün komandanın sıralarına qoşulub.

26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandaların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib.

Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb.

Xəbər 851 dəfə oxundu.