"Qarabağ"ın taleyi portuqaliyalıya tapşırıldı
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Ayntraxt" - "Qarabağ" matçının baş hakimi müəyyənləşib.

Frankfurtda baş tutacaq görüşü portuqaliyalı referi Duarte Qomez idarə edəcək.

Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş 2:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə başa çatıb.

Xəbər 874 dəfə oxundu.