"Rəvan"da şok itki
"Rəvan” Premyer Liqanın V turu çərçivəsində keçiriləcək "Sumqayıt” ilə səfər oyununun hazırlıqlarını davam etdirir.

Bazar ertəsi bərpaedici tədbirlər olmuşdusa, ötən gün futbolçular yenidən yaşıl meydanda çalışmalarını davam etdiriblər.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən və "Bayıl stadionu”nda baş tutan hazırlıqda iki zədəli futbolçudan başqa, bütün heyət üzvləri məşq edib. Dizindən ağır zədə almış Tofiq Mikayılovdan savayı, "İnter” ilə son görüşün ilk hissəsində topuğundan zədələnən Xuan Manuel Varea məşqdə iştirak etməyib. Argentinalı hücumçunun növbəti oyundakı iştirakı da sual altındadır.

Qeyd edək ki, "Sumqayıt” – "Rəvan” görüşü avqustun 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Xəbər 914 dəfə oxundu.