Berti Foqts 4 oyunçu çağırdı
Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqts DÇ-2014-ün İsraillə seçmə oyununa "Bakı"nın 4 futbolçusuna dəvət göndərib.

İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kamran Ağayev, Cavid Hüseynov, Əfran İsmayılov və Rauf Əliyev sentyabrın 7-də Ramat-Qan şəhərində keçiriləcək İsrail - Azərbaycan matçın hazırlıqlarında iştirak edəcəklər. Oyuna hazırlıq məqsədilə sentyabrın 1-də bir araya gələcək millimiz ayın 3-dək Bakıda toplanış keçirəcək. Sentyabrın 4-də İsrailə yollanacaq yığmamız hazırlıqlarını Ramat-Qan şəhərində davam etdirəcək.

Xəbər 924 dəfə oxundu.