Toşak: "Hiss edirəm ki, məni istəməyən azarkeşlər də var"
“Neftçi” ilə oyunda komandamızın oyununu bəyəndim. Bu qədər qol vəziyyətindən yararlana bilməməyimiz çox böyük bəxtsizlikdir. Lakin biz bir futbolçunun üzərinə düşüb “niyə bu qədər vəziyyəti qola çevirə bilmədin?” deyə irad bildirsək düzgün olmaz".

Bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak klubun saytına açıqlamasında "Neftçi" ilə oyun haqda danışarkən deyib.

Uelsli mütəxəssis azarkeşlər haqda da danışıb. Bildirib ki, müəyyən qədər ondan narazı olan azarkeşlər də var və onları haqlı sayır: "Hiss edirəm məni istəməyən azarkeşlər də var. Onlar irad bildirir, nəticə istəyirlər. Mən tam səmimiyyətimlə azarkeşləri haqlı sayıram. Çünki, onlar pul verib matçı izləməyə gəlir və nəticə istəyirlər. Ona görə də azarkeşi qınamağa haqqım yoxdur. Bununla belə komandamızın getdikcə daha yaxşı oyun göstərməsi bizim düzgün yolda olduğumuzu göstərir. İnanıram ki, “Xəzər Lənkəran” tezliklə uğursuzluq zolagından, bəxtsizlikdən qurtulub inamla yoluna davam edəcək".

Xəbər 805 dəfə oxundu.