Messi Superkubok oyununa çıxa biləcəkmi?
"Barselona"nın futbolçusu Lionel Messi İspaniya Suberkubokunun "Atletiko" (Madrid) ilə cavab matçı üçün heyətə daxil olub.

İlk oyunda yalnız birinci hissədə forma geyən hücumçu zədə səbəbindən La Liqada "Malaqa" ilə oyunu buraxmışdı.

Ancaq Messinin artıq zədəsinin sağaldığı və Madrid klubu ilə cavab qarşılaşmasında iştirak edəcəyi dəqiqləşib. Adrianon isə zədə səbəbindən heyətə daxil olmayıb.

Qeyd edək ki, İspaniya Superkubokunun cavab oyunu bu gecə saat 02:00-da start götürəcək.

Xəbər 939 dəfə oxundu.