Astara rayonunda “Respublika Kuboku-2013” yarışı keçirilib
22-24 avqust tarixlərdə Astara şəhərinin Xəzər dənizi sahilində Azərbaycan futbol federasiyaları assosasiyaları, Azərbaycan çimərlik futbol federasiyası və Azərbaycan sahə futbol federasiyası ilə birgə çimərlik futbolu üzrə “Respublika Kuboku -2013” yarışının seçmə mərhələsi keçirilib.

Yarışda Astara (2 komanda), Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və İmişli rayon komandaları mübarizə aparıblar.

Hər komandanın tərkibi 9 futbolçu və 1 məşqçidən təşkil olunan yarışlar olimpiya sistemi üzrə, 15 dəqiqə olmaqla 2 hissədən ibarət keçirilib.

Gərgin mübarizələrdən sonra I,II və III yerlərə müvafiq olaraq “Sərhədçi”(Astara rayonu), “Astara- 2 ” (Astara rayonu), “Masallı” (Masallı rayonu) komandaları layiq görülüblər.

Qalib komandalar kubok və diplomlarla təltif ediliblər.

Yarışların final mərhələsinə Astara rayonunun 2 komandasından ibarət 1 yığma komanda və Masallı rayonunun komandası iştirak etmək hüququ qazanıb.

Yarışların final mərhələsi 29-30 avqust tarixlərdə Bakı şəhərində keçiriləcək.

Xəbər 4096 dəfə oxundu.