“Araz” ilk qələbəsini qazandı
Dünən Ərzuruma təlim məşq toplanışına yollanan Naxçıvan təmsilçisi “Araz” bu gün ilk yoxlama matçına çıxıb. Əvvəlcə rəqib “Ərzurumspor” olsa da, müəyyən səbəblərdən rəqib dəyişdirilib. Əsgər Abdullayevin yetirmələrinin ilk sparrinq-rəqibi "Yakutiyaspor" komandası olub. İlk hissədə qapılara qol vurulmasa da 55-ci dəqiqədə Rəhman Musayev fərqlənib. 64-cü dəqiqədə isə komandamızın baxışda olan legioneri Aleksandr Kurtskeviç rəqibin qapısında qol keçirməklə fərqlənməyi bacarıb. Sonrakı dəqiqələrdə hesab dəyişmədiyindən matç Naxçıvan təmsilçinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 1140 dəfə oxundu.