Qol güləşi üzrə III açıq Sumqayıt çempionatı keçirilib
Son illər şəhərdə bir sıra silsilə idman tədbirləri təşkil olunub ki, bu da, şəhər sakinləri tərəfindən razılıq və minnətdarlıqla qarşılanıb. Bu tədbirlərin davamı olaraq Avqustun 24-də Nəsimi adına mədəniyyət və istirahət parkının yay estradasında qol güləşi üzrə kişilər arasında III açıq şəhər çempionatı keçirilib.

Yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vədişlərdən uzaqlaşdırılması, onalrın asudə vaxtının səmərəli təşkili, bədən tərbiyəsi və idmana olan marağının artırılması, bir sözlə sağlam həyat tərzini formalaşdırmaqdan ibarət olub.

Yarışda şəhər idmançıları ilə yanaşı Bakı, Qazax, Akstafa, Bərdə, Ağdam, Qusar və Xaçmazın 15-dən artıq komandasının 90-a yaxın idmançısı qalib adı uğrunda mübarizə aparıblar.

Gərgin və maraqlı keçən idman mübarizəsindən sonra Vilayət Namazzadə (50kq), Bəxtiyar İbrahimli (55kq), Məhəmməd Cəfərov (60kq), Vinali Paşayev (70kq), Ənvər Hüseynov (80kq), Fuad Cəfərov (100kq) və Mirtaleh Aslanov həm +100 kq həm də mütləq çəki dərərcəsində çempionatın qalibi olublar.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1299 dəfə oxundu.