"Qalatasaray" ciddi itki ilə üzləşdi
Türkiyə Superliqasının 3-cü turu çərçivəsində "Eskişehirspor"la qarşılaşacaq "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.

"Cim Bom"un yarımmüdafiəçisi Həmid Altıntop zədələnərək sıradan çıxıb.

"Bursaspor"la oyunda 83 dəqiqə zədəli oynayan 30 yaşlı futbolçunun ağrıları artdığından Altıntop "Eskişehirspor"la matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Eskişehirspor" - "Qalatasaray" oyunu avqustun 30-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 939 dəfə oxundu.