Tiaqo Alkantara yaşıl meydanlara nə vaxt qayıdacaq?
"Bavariya"nın futbolçusu Tiaqo Alkantara 7 həftə deyil, daha uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

"Bild"ə danışan klubun baş məşqçisi Pep Qvardiola deyib ki, ispan yarımmüdafiəçi 2 aydan çox forma geyinməyə bilər:

"Zədəsinin sağalması noyabrın ortalarına qədər davam edə bilər. Zədəli ola-ola 20 dəqiqədən çox oynadı. Bu isə onun necə futbolçu olduğunun nümunəsidir".

İspaniyalı mütəxəssis Alkantaranın yoxluğunun onlar üçün ağır itki olduğunu bildirib: "Onun olmasını çox istəyərdik. Amma komandada onun əvəzləyən futbolçulardan yararlanmağa çalışacağıq".

Xəbər 898 dəfə oxundu.