"Sumqayıt" "Rəvan"la oyuna hazırlaşır
Topaz Premyer Liqasının 5-ci turunda doğma azarkeşləri qarşısında "Rəvan"la qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqində iştirak edib.

Yüngül zədəsi olan Elşən Abdullayev və fərdi şəkildə hazırlaşan Orxan Əliyev komandadan ayrı çalışıb. Almaniyada müalicə olunan hücumçu Pərdis Fərcad-Azad artıq sağalıb. O, sabahdan komanda ilə birlikdə hazırlığa qoşulacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Rəvan" oyunu avqustun 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Xəbər 880 dəfə oxundu.