İsrail yığmasında ciddi itki
İsrail yığması seçmə mərhələnin qarşıdakı 2 oyununda ciddi itki ilə üzləşib. Komandanın əsas müdafiəçisi Beveren klubunun üzvü Rami Gerşon Azərbaycan və Rusiya ilə oyunları buraxacaq.

Xatırladaq ki, Gerşon bütün oyunlarda start heyətində yer alırdı və Portuqaliya yığmasının qapısına vurulan qollardan birinin müəllifidir.

Onun yerinə əsas namizəd Xayfa Makkabisinin üzvü Taleb Tavatxdır. Məhz o, Eli Qutman tərəfindən milliyə dəvət alacaq.

Hazırda klubsuz olmasına baxmayaraq baş məşqçi millinin kapitanı 33 yaşlı Yossi Benayuna da dəvət göndərəcək. Əgər millimizlə oyunda meydana çıxarsa Benayun Bekadonun rekordunu təzələyəcək.

Xəbər 1018 dəfə oxundu.