"Torresin "Çelsi"dəki karyerası sona çatdı
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager maraqlı açıqlamasıyla diqqət çəkib: "Maraqlıdır, görəsən Mourinyo və Abramoviç arasında Torres haqda söhbət baş tutub? Son zamanlar "Çelsi"nin Runini transfer etmək istəyi haqda çox danışılırdı. Bu da o deməkdir ki, "zadəganlar"ın hücum xətti Mourinyonu qane etmir. Torresin "Çelsi"dəki karyerası başa çatdı, bunu açıq söyləmək olar. Fernando rəqabətdə Şürrleyə də məğlub olur, halbuki o sırf mərkəz hücumçusu deyil".

Xəbər 861 dəfə oxundu.