Polşalı futbolçu "Trabzonspor"un tarixinə düşdü
Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor"un liqa tarixindəki 2000-ci qol vurulub.

Bu tarixi qola Adrian Mierjevski imza atıb. Bu gün "Rizəspor"la keçirilən oyunun 2-ci dəqiqəsində fərqlənən polşalı futbolçu klubun tarixinə keçib.

Bununlada qaradəniz təmsilçisi , 39-cu mövsümündə oynadığı 1298-ci matçda 2000-ci qolunu vurmuş oldu.

"Bordo-mavilər"in liqadakı ilk qolunu 1974-1975 sezonun 3-cü turunda Ali Yavuz vurmuşdu, 1000-ci qoluna isə Kolman imza atmışdı.

Xəbər 911 dəfə oxundu.