Mesut Özil Ançelottiyə əsəbiləşdi
"Real"ın futbolçusu Mesut Özil La Liqada "Qranada" ilə matçın (1:0) ikinci hissəsində əvəzlənib. Bu, oyunçunun narazılığına səbəb olub.

Qarşılaşmanın 64-ci dəqiqəsində Kasemiro ilə əvəzlənən yarımmüdafiəçi verilən qərara əsəbiləşib. Özil oyundan çıxarkən məşqçi və komanda yoldaşlarına baxmadan paltardəyişmə otağına yollanıb. Baş məşqçi Karlo Ançelotti də futbolçusuna yaxınlaşmayıb.

Bu hadisənin ardından isə Özilin klubdan ayrılıacağı ilə bağlı iddialar xeyli artıb.

Xəbər 851 dəfə oxundu.