Berti Foqst millinin heyətini açıqladı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Gan şəhərində İsrail və Azərbaycan milli komandaları qarşılaşacaq.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu oyuna hazırlıq məqsədilə millimiz sentyabrın 1-dən 3-dək Bakıda, sentyabrın 4-dən etibarən isə Ramat Gan şəhərində təlim-məşq toplanışında olacaq.

Millimizin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Kamran Ağayev - Bakı
Anar Nəzirov - Sumqayıt
Səlahət Ağayev - İnter
Rəşad Sadıqov - Qarabağ
Volodimir Levin - Qəbələ
Rasim Ramaldanov - Xəzər Lənkəran
Mahir Şükürov - Neftçi
Elnur Allahverdiyev - Xəzər Lənkəran
Maksim Medvedev - Qarabağ
Ufuk Budak - Eskişehirspor (Türkiyə)
Bədavi Hüseynov - Qarabağ
Qara Qarayev - Qarabağ
Ruslan Abişov - Rubin (Rusiya)
Elhad Nəziri - Rəvan
Rəşad Sadiqov - Neftçi
Rahid Əmirquliyev - Xəzər Lənkəran
Cavid Hüseynov - Bakı
Araz Abdullayev - Neftçi
Əfran İsmayilov - Bakı
Vüqar Nadirov - Qarabağ
Rauf Əliyev - Bakı
Cihan Özkara - Sivasspor (Türkiyə)
Rüfat Dadaşov - Kaizerslautern II (Almaniya)
Ruslan Qurbanov - Sumqayıt

Xəbər 1315 dəfə oxundu.