Noyer: "Çelsi"dən qisas almaq istəyirik"
"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Superkubokunda "Çelsi" ilə oyun öncəsi açıqlamalar verib.

UEFA-nın danışan alman qolkiper 2012-ci ildə Çempinolar Liqasının finalında London klubuna məğlubiyyətin əvəzini bu qarşılaşma ilə çıxmaq istədiklərini deyib:

"Bu, bizim üçün çox yaxşı fürsətdir. Bir kubok daha qazana bilərik. Avropa Liqasının çempionu "Çelsi" ilə qarşılaşacağıq. Onlarda intiqam almaq istəyirik. Ümid edirəm ki, qazanan tərəf biz olacağıq".

Yeni çalışdırıcıları Pep Qvardiola ilə Yupp Haynkesi də müqayisə edən Noyer iki mütəxəssisin fərqli olduqlarını bildirib: "Qvardiola Haynkesdən fərqlidir. Yupp hər an hər cür vəziyyətə qarşı hazırlıqli idi. Pep ilə isə hələlik çox matça çıxmamışıq. O da Haynkes kimi pozitiv biridir".

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı avqustun 30-da baş tutacaq.

Xəbər 870 dəfə oxundu.