Ançelotti Kasilyasdan imtina etdi
"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti klubun sabiq çalışdırıcısı Joze Mourinyo kimi komandasının əsas qapıçı olaraq Dieqo Lopezi görür.

La Liqanın ikinci turunda "Qranada" ilə matçdan sonra açıqlama verən italiyalı mütəxəssis ilk seçiminin Lopez olduğunu deyib: "O, liqada ilk iki matçda oynadı. Onu çox bəyəndim. Əsas heyətə düşmək uğrunda mübarizə futbolçulara yaxşı təsir edir. Ancaq mənim qapıçılar arasında ilk seçimim Lopezdir".

Ançelottinin bu açıqlamasının ardından İker Kasilyasın hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Kasilyasla "Barselona"nın maraqlandığı iddia edilir.

Xəbər 857 dəfə oxundu.