“Rəvan”ın bəyənmədiyi futbolçu Bundesliqada oynayacaq
“Rəvan” klubunda bir neçə həftə baxışda olan, amma bəyənilməyən Sloverniya olimpiya yığmasının sabiq üzvü Yovan Vidoviçin yeni iş yeri müəyyənləşib.

24 yaşlı mərkəz müdafiəçisi bundan sonra Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Veen” klubunun şərəfini qoruyacaq. 1 illik müqavilə imzalayan oyunçu artıq yeni komandasının heyətində ilk oyuna da çıxıb.

Xəbər 904 dəfə oxundu.