"Barselona" PSJ-nin təklifini rədd edib
"Barselona" PSJ-nin Pedro üçün göndərdiyi təklifi rədd edib.

Daha bir transfer etməyi planlaşdıran Paris təmsilçisi 26 yaşlı oyunçuya 40 milyon avro təklif edib. Ancaq Pedro ilə üç illik müqaviləsi olan Kataloniya klubu futbolçusunu satmağı düşünmədiyini və bu səbəbdən təklifi rədd etdiyini bildirib.

Qeyd edək ki, Pedro 2010-ci ildən "Barsa"nın əsas komandasında oynayır.

Xəbər 1062 dəfə oxundu.