"Qalatasaray" "Real"ın futbolçusunu istəyir
Türkiyənin "Qalatasaray" klubu Madrid "Real"ının futbolçusu Anxel Di Mariyanı transfer etməyə hazırlaşır.

Madrid klubunun prezidenti Florentino Perezlə görüşən Ünal Aysal artıq argentinalı oyunçunun transferi üçün müsbət cavab alıb.

Geniş heyətə sahib olan "Real"ın satmaq istədiyi Di Mariya üçün "Cim Bom" futbolçu ilə danışıqlara da başlayıb. Yaxın günlərdə bu transferin baş tutub-tutmayacağı məlum olacaq.

Qeyd edək ki, Di Mariya ilə "Arsenal" klubu da yaxından maraqlanır.

Xəbər 869 dəfə oxundu.