"Fatih Terimlə iki illik müqavilə imzalanacaq"
"Qalatasaray"ın prezidenti Ünal Aysal baş məşqçiləri Fatih Terimin may ayından yalnız millini çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Milliyet" qəzetinə danışan klub prezidenti may ayında müqaviləsi bitəcək türk mütəxəssislə yeni sözləşmə imzalayacaqlarını deyib.

Bununla da, Aysal yayılan iddiaları əsassız adlandırıb. "Mən burada olduğum müddətdə Terimlə davam edəcəyik. Onunla iki illik yeni müqavilə imzalayacağıq. Baş məşqçimiz yeni sözləşməsində də çox güman ki, indiki kimi illik 3 milyon avro qazanacaq" - deyə Aysal bildirib.

Xəbər 1099 dəfə oxundu.