"Ştuttqart"ın yeni baş məşqçisi bəlli oldu
Almaniyanın "Ştutqart" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bruno Labaddianın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi postuna klubun 17 yaş üzrə komandanın çalışdırıcısı Tomas Şnayder gətirilib.

Klubun rəsmi saytı 40 yaşlı mütəxəssislə iki illik müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, klub Labaddia ilə son oyunlardakı uğursuz çıxışlara görə yollarını ayırmışdı.

Xəbər 822 dəfə oxundu.