Messidən şad xəbər
"Barselona" klubunun futbolçusu Lionel Messinin zədəsi tam sağalıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı hücumçunun komanda ilə birgə məşqlərə başladığını bildirən klub Messinin zədəsinin tam sağaldığını açıqlayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu İspaniya Superkubokunun "Atletiko" (Madrid) ilə matçında zədələndiyi üçün ilk hissənin ardından əvəzlənmişdi. Messi zədəsi səbəbi ilə "Malaqa" matçında da oynaya bilməmişdi.

Xəbər 947 dəfə oxundu.