Daha bir məşhur futbolçu karyerasını bitirdi
"Barselona" və "Çelsi"nin sabiq oyunçusu Deku futbolçu karyerasını başa vurub.

Bu barədə portuqaliyalı yarımmüdafiəçi özü jurnalistlərə açıqlamasında deyib. O, bu qərar verməsinə səbəb olaraq zədələrinin olmasını göstərib: "Böyük bir təəssüf və peşmanlıqla peşəkar futbolçu həyatımı başa vururam. Davam etmək və komandama kömək etmək istərdim. Ancaq zədələrim buna imkan vermir".

Qeyd edək ki, Deku futbolçu karyerası ərzində "Barselona", "Çelsi", "Porto" kimi klublarda forma geyib. 36 yaşlı oyunçi 2010-ci ildə "Flumenense"yə transfer olunmuşdu.

Xəbər 885 dəfə oxundu.