"Mançester Yunayted"in Məsut Özil israrı davam edir
İngiltərənin "Mançester Yunayted" klubu Madrid "Real"ının futbolçusu Məsut Özili transfer etməkdə israrlıdır.

Mançester təmsilçisi türk əsilli futbolçuya 40 milyon dollar təklif edib.

Özilin "Mançester Yunayted"dəki maaşı da açıqlanıb. Belə ki, Almaniya millisinin futbolçusu "Mançester Yunayted"də çıxış edəcəyi hər ilinə 7 milyon avro qazanacaq.

Qeyd edək ki, Özillə "Mançester Siti" klubu da yaxından maraqlanır.

Xəbər 922 dəfə oxundu.