2 qat dünya çempionu dünyasını dəyişdi
Dünən axşam saatlarında San-Pauluda Braziliya millisinin keçmiş qapıçısı Jilmar dünyasını dəyişib. keçmiş qapıçı 83 yaşında rəhmətə gedib. 2 həftə əvvəl ürəyində ciddi problemlərə görə Jilmar xəctəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Jilmar 1930-cu ildə, avqustun 22-də anadan olub. Karyerası ərzində "Korintians" və "Santos" kimi klubların formasını geyən qolkiper klub səviyyəsində 729 matçda meydana çıxıb. Bu oyunlarda qapısında 941 qol görüb. O, 4 dəfə Braziliya kubokunu, 2 dəfə isə Qitələrarası kuboku qazanıb. 1958 və 1962-ci illərdə Braziliya yığmasının heyətində dünya çempionu olub.

Xəbər 877 dəfə oxundu.